Qaynar xətt:

(+99450) 247 90 86

Trampla şam yeməyi üçün nə qədər ödəyirlər? 

DÜNYA

202

05.03.2025, 09:19

Florida ştatının Palm Beach şəhərində Mar-a-Laqo malikanəsində keçirilən xüsusi tədbirlərdə qonaqlar yemək yemək və Prezident Donald Trampla görüşmək üçün milyonlarla dollar ödəyirlər.

Oxu24.com ” xəbər verir ki, bu haqda “Wired” portalı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Trampla Mar-a-Laqo iqamətgahında özəl şam yeməyi 5 milyon dollara başa gəlir.

Eyni zamanda, digər ziyarətçilərlə birlikdə Trampla şam yeməyində iştirak etmək üçün 1 milyon dollar ödəmək lazımdır.